Cəmiyyət

Bəzi hallarda kirayə qaldığınız evin təmir xərcini qarşı tərəfdən tələb edə bilərsiniz - Qanun nə deyir? - VİDEO

24 Sep 2026, 05:00 22 baxış
Bəzi hallarda kirayə qaldığınız evin təmir xərcini qarşı tərəfdən tələb edə bilərsiniz - Qanun nə deyir? - VİDEO
Obyektin kirayəyə (icarəyə) götürülməsi həm hüquqi, həm də vergi öhdəlikləri baxımından düzgün tənzimlənməli olan vacib prosesdir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının budəfəki mövzusu icarəyə götürülən mənzilə və ya obyektə çəkilən təmir xərclərinin kim tərəfindən ödənilməsi ilə bağlıdır. Tutaq ki, kirayədə qaldığınız evdə hansısa əşya xarab olub və siz onu öz vəsaitiniz hesabına təmir etdirmisiniz. Bəs bu halda ev sahibi həmin xərci sizə qaytarmalıdır?

Mülki Məcəllənin 680-ci maddəsinə əsasən, kirayəyə verən evin saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərcləri ödəməlidir. Lakin bütün xərclər bu kateqoriyaya aid deyil. Evin gündəlik istifadəsi, qulluğu və təmizliyi ilə bağlı xərclər, bir qayda olaraq, kirayəçinin üzərinə düşür. Yəni mənzildə ciddi nasazlıq yaranıbsa və onun aradan qaldırılması üçün zəruri təmir işləri aparılıbsa, həmin xərclərin ev sahibindən tələb edilməsi mümkündür. Lakin kirayəçi öz istəyi ilə mənzili yaxşılaşdırıbsa, məsələn, əlavə təmir və ya dəyişikliklər aparıbsa, bu xərclərin ev sahibi tərəfindən avtomatik olaraq ödənilməsi nəzərdə tutulmur. Bu səbəbdən kirayəçi təmirə pul xərcləməzdən əvvəl görüləcək işin zəruri xərc olub-olmadığını və icarə müqaviləsində bu məsələnin necə tənzimləndiyini nəzərə almalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər