Cəmiyyət
Bu rayona dolu düşdü: Yollara, ağaclara ziyan dəydi - Video
Bu gün axşam saatlarından etibarən Tovuz rayonunun Çobansığnaq kəndi ərazisinə dolu yağıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, dolu təxminən 8-10 dəqiqə davam edib.
İlkin məlumata görə, təbiət hadisəsi nəticəsində yol infrastruktruna və ağaclara ziyan dəyib.
Məlumat üçün bildirək ki, axşam saatlarından etibarən qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
Mənbə
axar.az