Dünya

Kaliforniya fəlakət astanasında: Fövqəladə vəziyyət elan edildi

22 Sep 2026, 15:08 21 baxış
Kaliforniya fəlakət astanasında: Fövqəladə vəziyyət elan edildi
ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini elan edib. Buna səbəb "El-Ninyo" iqlim fenomeninin yaratdığı rekord gücdə fırtınaların baş vermə təhlükəsidir. Oxu.Az-ın xəbərinə görə, bu barədə qubernatorun saytında dərc olunmuş məlumatda bildirilib. "Proqnozlaşdırılan rekord gücdə "El-Ninyo" fırtınaları mövsümü ilə əlaqədar olaraq qubernator Nyusom bu gün (yerli vaxtla 21 sentyabr - red.) fövqəladə vəziyyət elan edib. Bu tədbir ştatın resurslarını mümkün qış fırtınalarından və digər nəticələrdən əvvəl səfərbər etməyə imkan verir", - məlumatda qeyd edilib. Nyusomun ofisi ABŞ sinoptiklərinin proqnozlarına istinad edib ki, buna əsasən, güclü "El-Ninyo" fenomeni ehtimalı 90%-i keçir, bu halın tarixi miqyaslara çatma ehtimalı isə 75% təşkil edir. Əlverişsiz hava şəraiti ilə bağlı olaraq hakimiyyət orqanları daşqınlarla mübarizə üçün ehtiyatlar formalaşdıracaq, yolları və infrastrukturu hazır edəcək, Milli Qvardiya isə xilasetmə əməliyyatları üçün hazırlıq vəziyyətinə gətiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər