Cəmiyyət

Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - Foto

22 Sep 2026, 15:20 21 baxış
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - Foto
Bakıda marketlərdə toyuq filesi tapılmır. Bu fakt Oxu.Az-ın araşdırması zamanı ortaya çıxıb. Bir neçə məşhur marketlər şəbəkələrinə baxış keçirilsə də, file tapılmayıb. Soruşduqda isə market əməkdaşları "çoxdandır gətirilmir" cavabı veriblər.
Lakin məlum olub ki, əvvəllər 6-7 manata çox rahatlıqla tapılan bu məhsulu indi əldə etmək üçün sırf toyuq məhsulları mağazalarına yollanmaq lazımdır. Sözügedən mağazalara baş çəkərkən maraqlı mənzərənin şahidi olduq. File satışı həyata keçirilsə də, qiymət fərqi açıq nəzərə çarpır. Belə ki, hazırda ən ucuz file satışı 8.5 manatdan başlayır. Satıcılardan məhsulun 1 ay içində təxminə 1.5 manat bahalaşma səbəbini soruşanda, file ilə bağlı ciddi qıtlıq yaşanmasını göstərdilər.
Marketlərdən də bu məhsulun yoxa çıxma səbəbinin əslində qıtlıqla bağlı olduğu ehtimal edilir.
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - Foto Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - Foto Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - Foto Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər