Dünya

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

22 Sep 2026, 14:45 28 baxış
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məlumat verilib. Məlumatda qeyd olunub: "Yaxın günlərin ən mühüm hadisələrindən biri, barəsində əlavə məlumat verəcəyimiz payız gecə-gündüz bərabərliyi ilə yanaşı, ehtimal ki, sentyabrın 24-də, yəni bu cümə axşamı gözlənilən payızın ikinci maqnit qasırğası olacaq". Dəqiqləşdirilmiş məlumata görə, gözlənilən bu təbiət hadisəsi Günəşdə yaranan irihəcmli tac dəliyi ilə əlaqədar olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər