Cəmiyyət

Bakı Dövlət Universitetinin giriş qapısında izdiham yarandı - VİDEO

22 Sep 2026, 13:37 24 baxış
Bakı Dövlət Universitetinin giriş qapısında izdiham yarandı - VİDEO
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdiham yaşanıb. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd olunub ki, tələbələr universitetə daxil olmaqda çətinlik çəkiblər. Yaranan sıxlıq səbəbindən bəzi tələbələr dərsə gecikib və nəticədə qayıb almalı olublar. Sıxlığın hansı səbəbdən yaranması hələ ki, məlum deyil. Məsələ ilə bağlı BDU-ya sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər