Cəmiyyət

Ağır qəzada ölən şəxs hərbçi imiş - Foto

22 Sep 2026, 12:15 4 baxış
Ağır qəzada ölən şəxs hərbçi imiş - Foto
Azərbaycan Ordusunun hərbçisi yol-nəqliyyat hadisəsində həlak olub. Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də Füzuli rayonun Mirzəcamallı kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "Mercedes" markalı maşın yolun kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) Etibar Abbasov hadisə yerində həyatını itirib.
Ağır qəzada ölən şəxs hərbçi imiş - Foto Ağır qəzada ölən şəxs hərbçi imiş - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər