Cəmiyyət

Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək

22 Sep 2026, 12:22 4 baxış
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
"ADEX-2026" sərgisində Azərbaycan istehsalı olan atıcı silahlar, kamikadze dronlar və robotlar nümayiş etdiriləcək". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev "ADEX-2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian 2026" - 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanın müdafiə sənayesi son 20 il ərzində əhəmiyyətli dərəcədə inkişaf edib. "ADEX-2026"da da yeniliklər gözlənilir. Bu il keçiriləcək sərgidə Azərbaycan istehsalı olan atıcı silahlar, kamikadze dronlar və robotlar nümayiş olunacaq. Bu çərçivədə yeni texnologiyaların inkişafına üstünlük verilir. Dünyada müşahidə olunan sürətli inkişaf fonunda müharibələrin forması da dəyişir. Buna zamanla uyğunlaşmaq lazımdır", - deyə S.Ağabalayev qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər