Cəmiyyət

Mənzildə köməksiz qalan azyaşlılar xilas olundu - Video

22 Sep 2026, 10:10 20 baxış
Mənzildə köməksiz qalan azyaşlılar xilas olundu - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında iki azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


FHN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bağlı qapı arxasında qalan azyaşlılar mənzilin giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.


Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olmaqla yatmış vəziyyətdə aşkar olunan 2018 və 2019-cu il təvəllüdlü iki uşağı yaxınlarına təhvil veriblər.


Mənbə axar.az

Oxşar Xəbərlər