Cəmiyyət

BYD ilə ağır qəza törətdi: ölən var

22 Sep 2026, 10:16 21 baxış
BYD ilə ağır qəza törətdi: ölən var

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.


Axar.az xəbər verir ki, hadisə Koroğlu prospektində baş verib.


Məlumata görə, 1991-ci il təvəllüdlü Vüqar Elşən oğlu Aslanov idarə etdiyi "BYD Destroyer A05" markalı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Qabil Salman oğlu Həşimovu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib.


Faktla bağlı araşdırma başlanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər