Cəmiyyət

Üç gün əvvəl dənizdə batan tələbələrin meyitləri tapıldı

22 Sep 2026, 10:30 20 baxış
Üç gün əvvəl dənizdə batan tələbələrin meyitləri tapıldı

Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb.


Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.


Bildirilib ki, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdlü Elmin Elman oğlu Əmrəliyevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər