Cəmiyyət

Üfunət Xətai sakinlərini təngə gətirib - Rəsmi qurum hansı tədbiri gördü? - Video

21 Sep 2026, 22:24 1 baxış
Üfunət Xətai sakinlərini təngə gətirib - Rəsmi qurum hansı tədbiri gördü? - Video
Bakının Xətai rayonunda çirkab suların yola axması sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Bildirib ki, Gəncə prospekti, 49 ünvanında bir həftədir ki, kanalizasiya suyunun yola axması səbəbindən antisanitar vəziyyət yaranıb. Nəticədə ərazini üfunət bürüyüb və ətrafda yaşayanların rahatlığı pozulub. Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvandakı xətdə qəza baş verib: "Artıq xətt təmir edilib və problem aradan qalxıb".
Mənbə oxu.az

Oxşar Xəbərlər