Cəmiyyət

2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı

21 Sep 2026, 12:57 8 baxış
2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı

Gəncədə bıçaqlanma faktı qeydə alınıb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində bıçaq xəsarətləri alan 1998-ci il təvəllüdlü Elsəvər İbrahimov və Elmar Qurbanov tibb müəssisələrindən birinə yerləşdirilib.


Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.


Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı A. Həsənov saxlanılıb.


Faktla bağlı araşdırma başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər