Digər

Putin Donbası məhz buna görə istəyir - Keçmiş səfir

21 Sep 2026, 07:00 24 baxış
Putin Donbası məhz buna görə istəyir - Keçmiş səfir

Rusiya Prezidenti Vladimir Putin artıq uzun müddətdir Ukraynadan Donbası faydalı qazıntılarına görə deyil, başqa səbəblərdən təhvil verməyi tələb edir.


Axar.az xəbər verir ki, bunu Ukraynanın Rusiyadakı keçmiş səfiri Vladimir Krıjanovski deyib.


"Rusiyalılara Donbasdakı Ukrayna mədənləri lazım deyil. Vaxtilə Rusiyanın Kemerovo şəhərində olmuşam. İlahi, orada nə qədər zəngin faydalı qazıntı ehtiyatları var. Buna görə də Donbas düşmən üçün vaxtilə Avropanı təchiz edən Ukraynanın cənubunu ələ keçirmək məqsədilə istifadə olunacaq növbəti dayaq nöqtəsidir",- o bildirib.


Krıjanovski əlavə edib ki, Donbasın ələ keçirilməsi məsələsində Putin üçün dini amil də mühüm rol oynayır.

Mənbə axar.az

Oxşar Xəbərlər