Dünya

İtaliya A Seriyası: "Yuventus" "Atalanta"nı məğlub etdi - Video

20 Sep 2026, 22:16 27 baxış
İtaliya A Seriyası: "Yuventus" "Atalanta"nı məğlub etdi - Video
İtaliya A Seriyasının 5-ci turunda "Yuventus" doğma meydanda "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, qarşılaşma Turindəki "Allianz" stadionunda keçirilib.

Hesabı 28-ci dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Fransişku Konseysau açıb. 77-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Bremer matçda son nöqtəni qoyub - 2:0. Bu nəticədən sonra "Yuventus" 5 oyundan 10 xal toplayaraq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Atalanta" isə 6 xalla 11-cidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər