Mədəniyyət

Cəlilabadda arxeoloji qazıntılar: Gildən hazırlanmış qədim ocaq qurğuları tapıldı - Foto

20 Sep 2026, 22:42 34 baxış
Cəlilabadda arxeoloji qazıntılar: Gildən hazırlanmış qədim ocaq qurğuları tapıldı - Foto
Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə yaşayış məskənində arxeoloji qazıntı işləri aparılır. Oxu.Az xəbər verir ki, Muğan tunc - ilk dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar edilib. Diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur. Onun sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib. Bu tapıntıların son tunc - ilk dəmir dövründə istifadə edildiyi ehtimal edilir. Hazırda qazıntı işləri davam etdirilir.
Cəlilabadda arxeoloji qazıntılar: Gildən hazırlanmış qədim ocaq qurğuları tapıldı - Foto Cəlilabadda arxeoloji qazıntılar: Gildən hazırlanmış qədim ocaq qurğuları tapıldı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər