Digər

Netanyahu Trampı bataqlığa sürükləyib - Rzayi

20 Sep 2026, 22:34 26 baxış
Netanyahu Trampı bataqlığa sürükləyib - Rzayi

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasındakı münasibətlər barədə açıqlama verib.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Rzayinin sözlərinə görə, Netanyahu Trampı “bataqlığa sürükləyib” və bu vəziyyət iki ölkə lideri arasında fikir ayrılıqlarının yaranmasına səbəb olub.


İranlı rəsmi ABŞ-ın hazırkı siyasətini “Vaşinqtonun öz səhvləri səbəbindən qaça bilmədiyi axmaq müharibə” kimi xarakterizə edib.


Onun fikrincə, danışıqların və qərarların daha da gecikdirilməsi Vaşinqtonun mövqeyini zəiflədə və vəziyyəti ABŞ üçün daha mürəkkəb hala gətirə bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər