Dünya

İspaniya La Liqası: "Real Madrid" derbidən məğlub ayrıldı - Video

20 Sep 2026, 20:36 26 baxış
İspaniya La Liqası: "Real Madrid" derbidən məğlub ayrıldı - Video
İspaniya La Liqasının 7-ci turunda Madrid derbisi baş tutub. Oxu.Az xəbər verir ki, "Atletiko Madrid" "Sivitas Metropolitano" stadionunda "Real Madrid"i qəbul edib.

Matç 2:1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. "Kral kluub" matçın 52-ci dəqiqəsindən azlıqda oynayıb. 52-ci dəqiqədə "Real"ın müdafiəçisi Din Huyzen cərimə meydançasında Culiano Simeoneyə qarşı kobud oyuna görə qırmızı vərəqə alıb. Bir dəqiqə sonra "Atletiko"nun müdafiəçisi Alexandro Qrimaldo penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 59-cu dəqiqədə Conatan Devid meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. "Real" 89-cu dəqiqədə Antonio Rüdigerin qolu ilə fərqi azaltmağa müvəffəq olub. Bu nəticədən sonra "Atletiko" 16 xalla ikinci, "Real" isə 15 xalla dördüncü pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər