Digər

Dugin: Elita Putinə təzyiq edir - Qələbə olmadan...

20 Sep 2026, 11:26 2 baxış
Dugin: Elita Putinə təzyiq edir - Qələbə olmadan...

Rusiya elitası Prezidenti Vladimir Putinə təzyiq göstərir və onu müharibəyə son qoymağa çağırır.


Axar.az xəbər verir ki, bu sözləri rusiyalı filosof və ideoloq Aleksandr Dugin sosial şəbəkə hesabında yazıb.


"Liderimiz və bütün xalq Qələbəyə qədər müharibə aparmağa hazırdır. Lakin elita - demək olar ki, bütün elita - onun üzərində qaranlıq bir kütlə kimi dayanır və fit çalır: “Dayandırın...” Bu mümkün deyil - Qələbə olmadan heç cür...”, - Dugin bildirib.


Onun fikrincə, Putin düzgün əmrlər verir, lakin onlar gözlənilən nəticələri vermir.


Dugin səbəblərin araşdırılmasına və islahatlara çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər