Digər

Müharibə təhlükəsi: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

20 Sep 2026, 11:44 2 baxış
Müharibə təhlükəsi: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Yaxın Şərqdə kəskin gərginləşmə ehtimalı barədə vətəndaşlarına xəbərdarlıq edib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın regionun bir neçə ölkəsindəki səfirlikləri məlumat yayıb.


Məlumata görə, hazırda Yaxın Şərqdə olan ABŞ vətəndaşlarına daha diqqətli olmaları, mümkün uçuş ləğvləri, hava məkanlarının bağlanması və səfərlərdə yaranacaq məhdudiyyətlərindən xəbərdar olmaları tövsiyə edilir.


İsrail, Livan, İordaniya, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və Omanda yaşayan ABŞ vətəndaşlarına belə bildirişlər göndərilib.


“Bu hərbi münaqişənin sürətlə kəskinləşməsi potensialı var”, - ABŞ-ın Qüdsdəki səfirliyinin xəbərdarlığında deyilir.


Qeyd edək ki, xəbərdarlıqlar regionda gərginliyin yeni mərhələyə keçməsi və husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər