Cəmiyyət

"Qara qızıl"ın dənizdəki ünvanından və Azərbaycanın yeganə uşaqsız şəhərindən videoreportaj

20 Sep 2026, 11:00 4 baxış
"Qara qızıl"ın dənizdəki ünvanından və Azərbaycanın yeganə uşaqsız şəhərindən videoreportaj
Sentyabrın 20-si Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur. Oxu.Az xatırladır ki, bu gün həm də Azərbaycanın neft tarixində mühüm hadisə - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə yadda qalıb. Məhz 2001-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla hər il sentyabrın 20-si Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur. Həmin saziş ölkənin iqtisadi inkişafında və enerji strategiyasının formalaşmasında yeni mərhələnin əsasını qoyub. Oxu.Az bu əlamətdar gün münasibətilə neft sənayesinin simvollarından biri olan Neft Daşlarına yollanıb. Dənizin qoynunda salınan bu unikal şəhərdə çalışan neftçilərin gündəlik həyatı, iş şəraiti və peşələrinə bağlılığı ilə tanış olmuşuq. Burada hər addım Azərbaycanın neft tarixinin bir parçasını xatırladır. Neft Daşlarında çalışan insanlar isə illərdir dənizin ortasında öz zəhmətləri ilə bu tarixin davamını yazırlar. Daha ətraflı videoreportajda:

Oxu.Az kollektivi adından Azərbaycanın bu sahədə çalışan bütün neftçilərini təbrik edir, işlərində uğurlar arzu edirik.
Mənbə oxu.az

Oxşar Xəbərlər