Dünya

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

19 Sep 2026, 21:04 28 baxış
İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. Oxu.Az "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə, İranın şərtlərinə bütün cəbhələrdə müharibənin dayandırılması, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması və dəniz blokadasının aradan qaldırılması daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər