Digər

Hakabidən Türkiyə açıqlaması: İsrailin hücum etmək fikri...

19 Sep 2026, 18:11 25 baxış
Hakabidən Türkiyə açıqlaması: İsrailin hücum etmək fikri...

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə sazişi ABŞ tərəfindən təhdid olaraq qəbul edilmir.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Amerika mediasına açıqlamasında deyib.


O bildirib ki, sözügedən dövlətlərin öz maraqlarına uyğun hərəkət etmək hüququ var.


Səfir eyni zamanda Məkkə sazişinin İsrailə qarşı formalaşdırılmış bir struktur olması fikri ilə razılaşmadığını da vurğulayıb:


“Onlar İsrail tərəfindən təhdid olunmurlar. İsrailin Türkiyə, Səudiyyə Ərəbistanı və ya Pakistana hücum etmək niyyəti yoxdur. Buna görə də məsələ bu deyil. ABŞ-ın da bu ölkələrə girmək kimi bir məqsədi yoxdur”.

Mənbə axar.az

Oxşar Xəbərlər