Digər

Evdən 297 kq narkotik çıxdı

19 Sep 2026, 17:05 17 baxış
Evdən 297 kq narkotik çıxdı

İstanbulun Şişli rayonunda bir evdə keçirilən əməliyyat zamanı 297 kiloqram narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb.


Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.


Əməliyyat zamanı 2 nəfər saxlanılıb.


Saxlanılan şəxslər barəsində narkotik və ya psixotrop maddələrin istehsalı və qanunsuz dövriyyəsi ittihamı ilə araşdırma başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər