Dünya

Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi

19 Sep 2026, 12:30 2 baxış
Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislava Petrova diplomatı təcili olaraq çağırtdırıb və onu tutduğu vəzifədən kənarlaşdırıb. Məlumatda bu addımın Bolqarıstanın daxili işlər naziri İvan Demerdciyev tərəfindən açıqlanan informasiyalarla əlaqədar olduğunu qeyd edirlər. Nazirin sözlərinə görə, yol hasarlarının tədarükü üzrə dövlət müqavilələrinin əsas hissəsini əldə edən dörd şirkət, podratların dəyərini 150 milyon levdən (89.5 milyon dollar) çox artırıb. Nəşrin məlumatına əsasən, həmin vəsaitlərin bir hissəsi heç bir fəaliyyət göstərməyən və Yordanovun atasına məxsus olan şirkətin hesabına köçürülüb. İddia olunur ki, şirkətin pulu deputat Delyan Peevskinin ümumi dəyəri 5 milyon avronu ötən 36 təyyarə uçuşunun ödənişi üçün istifadə edilib. Qeyd edilir ki, eyni şirkət 2020-ci ildə bir təyyarə satın alıb və daha sonra bu hava gəmisindən Peevski istifadə edib. Avqust ayının sonlarında Bolqarıstan parlamenti keçirdiyi növbədənkənar iclasda, ikinci və yekun oxunuşda dövlət qulluqçuları üçün məcburi antikorrupsiya testini nəzərdə tutan qanunu qəbul edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər