Cəmiyyət

Elşad Namazov vəzifəsindən ayrıldı

19 Sep 2026, 11:02 4 baxış
Elşad Namazov vəzifəsindən ayrıldı

Abşeron Logistika Mərkəzinin Marketinq və Kommunikasiya Departamentinin direktoru Elşad Namazov vəzifəsindən ayrılıb.


Axar.az xəbər verir ki, o bu barədə paylaşımında bildirib.


Qeyd edək ki, E.Namazov 2024-cü ildən bu vəzifədə çalışırdı. 2018-2024-cü illərdə isə Departament daxilində Marketinq və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işləyib.


Xatırladaq ki, Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz 65,7 hektar ərazini əhatə edir və Qafqaz regionunun ən böyük quru yük limanlarından biridir.

Mənbə axar.az

Oxşar Xəbərlər