Cəmiyyət
Bakıdan Dubaya niyə 5 saata gedirik? - Video
“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu Bakıdan qalxan təyyarənin Dubaya niyə 5 saata uçduğunu izah edib.
Axar.az xəbər verir ki, o bunu təyyarədə uçuş zamanı xəritə üzərində əyani olaraq göstərib.
Bildirib ki, əvvəllər Bakıdan qalxan təyyarə İran üzərindən keçərək Dubaya gedirdi. İndi isə Türkmənbaşı üzərindən keçərən Oman körfəzindən BƏƏ-yə daxil olur və Dubayda eniş edir. Yəni əvvəllər bu yolu 2,5 saata gedirdiksə, indi təxminən 5 saat vaxt aparır.
Mənbə
axar.az