Digər

Makron əmr etdi: Rusiyanın Fransaya hücumlarına qarşı...

19 Sep 2026, 10:52 1 baxış
Makron əmr etdi: Rusiyanın Fransaya hücumlarına qarşı...

Fransa Prezidenti Emmanuel Makron Avropada Rusiyanın “hibrid təhdidi”nin artdığını elan edib və hökumətə ölkənin vacib infrastrukturunu mümkün dron hücumlarından və kiberhücumlardan qorumaq üçün bir plan hazırlamağı tapşırıb.


Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.


Bildirilib ki, Makron bu açıqlamanı dünən siyasi partiya liderləri və qarşıdan gələn prezident seçkilərində potensial namizədlərlə görüşdükdən sonra verib.


“Rusiyanın avropalılar və Fransa üçün hibrid təhdidi artıb”, - o vurğulayıb.


Makron hökumətə həm vacib infrastrukturu, həm də hərbi sənaye və texnologiya sektorundakı ən həssas obyektləri dronlardan və kiberhücumlardan qoruyacaq tədbirlər hazırlamağı tapşırıb.


Fransa lideri elan edib ki, ölkəsi Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməyə davam edəcək.


“Onların məqsədi bizi qorxutmaq və ukraynalıları dəstəkləmək səylərini boşa çıxarmaqdır. Nəticə isə tam əksi olacaq. Bizi qorxutmaq olmaz, çünki başa düşürük ki, bu gün Ukraynada masada duran məsələ bizim təhlükəsizliyimizdir” - deyə Fransa lideri qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər