Dünya
Ər-Riyadda partlayışlar: Husilər Səudiyyə Ərəbistanını yenidən hədəf aldı? - Video
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində şiddətli partlayış qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Şənbə günü səhər saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib. Yerli sakinlərə mobil tətbiqlər vasitəsilə hava təhlükəsi barədə xəbərdarlıqlar göndərilib", - deyə qeyd olunub. Məlumata əsasən, hadisədən bir qədər əvvəl paytaxtda xəbərdarlıq sistemləri işə düşüb. Partlayışın nəticələri və ehtimal olunan yaralılar barədə hələlik məlumat yoxdur. İranın IRNA agentliyinin əlavə etdiyinə görə, hadisəyə Yəmən husiləri tərəfindən atılan raketin səbəb olduğu ehtimal edilir.

Mənbə
oxu.az