Digər

ABŞ-ın silah-sursatı bitdi: Müttəfiqlər 5 il gözləməli olacaq

19 Sep 2026, 09:17 2 baxış
ABŞ-ın silah-sursatı bitdi: Müttəfiqlər 5 il gözləməli olacaq

ABŞ İrana qarşı hərbi əməliyyatlar zamanı öz arsenalını tükəndirdiyindən müttəfiqləri raket və hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında gecikmələrlə üzləşirlər.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, gecikmələr beş ilə qədər davam edə və bir neçə Avropa ölkəsinə təsir göstərə bilər.


Nəşrin məlumatına görə, ABŞ-ın silah təchizatından asılı olan bəzi Şərqi Avropa ölkələri Vaşinqton və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri artıq gecikmələrlə üzləşiblər.


Qeyd edilir ki, Pentaqonun öz arsenalını doldurmağa üstünlük vermək qərarı Ukraynanın ABŞ-dan daha çox “Patriot” raketlərini almaq cəhdlərini də çətinləşdirir.

Mənbə axar.az

Oxşar Xəbərlər