Cəmiyyət
Hasil Abbasov gənc xanıma yüksək vəzifə verdi - Foto
Zeynəb Zamanova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri təyin olunub.
Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Z.Zamanova 2022-ci ildə Agentliyin komandasına qoşulub. O, həmin tarixdən yeni təyinatadək şöbədə aparıcı, böyük və baş məsləhətçi vəzifələrində çalışıb.
Mənbə
axar.az