Cəmiyyət

Qaxda iki maşın toqquşdu: 4 nəfər... - Foto

19 Sep 2026, 09:36 2 baxış
Qaxda iki maşın toqquşdu: 4 nəfər... - Foto

Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Report-a istinadla xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.


Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər