Digər

İranla savaşda ölən amerikalıların sayı gizlədilir?

19 Sep 2026, 08:00 5 baxış
İranla savaşda ölən amerikalıların sayı gizlədilir?

İranla münaqişədə ABŞ hərbçiləri arasında ölənlərin sayı rəsmi rəqəmlərdən daha çoxdur, 18 yox, ən azı 22 nəfərdir.


Axar.az xəbər verir ki, bu barədə “Vaşington Post” mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, Pentaqon rəsmiləri dəqiq rəqəmlərin qurumun rəsmi sənədlərində əks olunmamasından narazıdırlar.


Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar.


Lakin 8 iyul gecəsi ABŞ İrana qarşı genişmiqyaslı hücumları bərpa edib. Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi qüvvələrin istifadəsinə son qoyduğunu və sanksiyalar vasitəsilə onu “iqtisadi cəhətdən boğmaq” cəhdlərinə keçdiyini bildirdi.

Mənbə axar.az

Oxşar Xəbərlər