Dünya
Tramp Baydenin başlatdığı müharibəni bitirdiyini elan etdi
ABŞ dövlət başçısı Donald Tramp Co Bayden administrasiyasının silah sahiblərini hədəf alan siyasətinə son qoyduğunu bəyan edib. Oxu.Az "RİA Novosti"yə istinadən məlumat verir ki, ABŞ lideri bu barədə Ağ Evdə təşkil olunan tədbirdə çıxışı zamanı danışıb. "Mən Co Baydenin silah sahiblərinə qarşı müharibəsini yekunlaşdırdım. Bu, bir müharibə idi", - deyə Tramp vurğulayıb. ABŞ prezidentinin sözlərinə görə, ondan əvvəlki rəhbərliyin dövründə silah dövriyyəsi qaydalarını sərtləşdirən və vicdanlı satıcılar üçün süni çətinliklər yaradan qərarlar qəbul olunurdu. Tramp həmçinin əlavə edib ki, ölkə başçısı kimi o, vətəndaşların konstitusiyaya ikinci düzəlişlə təsbit olunmuş silah gəzdirmək hüququnu daim müdafiə edəcək. Birləşmiş Ştatların rəhbəri analoji vədi hələ iyul ayında, ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş nitqi zamanı amerikalılara vermişdi.
Mənbə
oxu.az