Dünya
İran hərbçiləri Hörmüz boğazında gəmiyə zərbə endirib: Göyərtədə yanğın başlayıb - VİDEO
Hörmüz boğazından keçməyə cəhd göstərən Toqo bayrağı altındakı tanker hücuma məruz qalıb və nəticədə gəmidə yanğın başlanıb. Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
"Ötən gecə Toqo bayrağı altında üzən və qaydaları pozan "Trend" tankeri Hörmüz boğazından qeyri-qanuni keçməyə cəhd edib; gəmiyə zərbə endirilib və göyərtəsində yanğın başladıqdan sonra o, hərəkətini dayandırıb", - deyə bəyanatda qeyd olunub. Bununla yanaşı, İran hərbçiləri ABŞ-ni gəmi heyətini boğazdan keçməyə "təhrik etməkdə" günahlandırıblar. SEPAH HDQ xatırladıb ki, Hörmüz boğazından qeyri-qanuni keçidə görə istənilən gəmi məhv edilə bilər.

Mənbə
oxu.az