Dünya
ABŞ 25 min hərbçisini Avropadan geri çağırmaq istəyir
ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) 25 minə yaxın hərbi qulluqçusunu, həmçinin döyüş gəmilərini, təyyarələrini və silah-sursatını Avropa qitəsindən geri qaytarmaqla bağlı mühüm plan üzərində işləyir. Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" xəbər yayıb. Telekanalın özəl mənbələrinin verdiyi məlumata əsasən, ABŞ rəsmiləri daha genişmiqyaslı bir ssenarini - Avropada yerləşən ABŞ kontingentini təxminən yarıya qədər, yəni 40 min hərbçiyə qədər azaltmağı da nəzərdən keçirirlər. İxtisarlar ilk növbədə ABŞ-nin əsas hərbi qüvvələrinin yerləşdirildiyi Almaniya, İtaliya və İspaniyanı əhatə edəcək.
Mənbə
oxu.az