Cəmiyyət
Bakıda avtobus həyətin girişində qaldı: Sakinlər köməyə gəldi - VİDEO
Bakıda sərnişin avtobusu nasazlıq səbəbindən yolu bağlayıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Hadisə bu gün səhər saat 07:00 radələrində Yasamal rayonunda, Müstəqillik küçəsində yerləşən MİDA yaşayış kompleksinin həyətində baş verib. Qeyd olunub ki, 10 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb. Nəticədə yaşayış kompleksinin həyətinə giriş və çıxış çətinləşib. Sakinlər avtobusu ərazidən kənarlaşdırmaq üçün sürücüyə kömək etməyə çalışsalar da, ilkin cəhdlər nəticə verməyib. Bir müddət sonra sürücü avtobusu işə sala bilib və nəqliyyat vasitəsini yolun kənarına çəkərək hərəkətin bərpasına şərait yaradıb.

Mənbə
oxu.az