Digər
İranda atışma baş verdi, 2 nəfər öldü
Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində təhlükəsizlik qüvvələri ilə “Ceyş əl-Ədl” silahlı qruplaşmasının üzvləri arasında toqquşma baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, SEPAH-ın kəşfiyyat qüvvələri reyd zamanı şübhəli görünən avtomobili saxlamağa cəhd göstərib. Avtomobildəki silahlı şəxslər isə təhlükəsizlik qüvvələrinin əmrinə tabe olmayaraq atəş açıblar.
Atışma nəticəsində silahlılardan ikisi ölüb, biri isə yaralanıb.
Mənbə
axar.az