Digər
Almaniyanın Peterburqdakı Baş Konsulluğu bağlandı
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat yayılıb.
Məlumata görə, Baş Konsulluq bu gün fəaliyyətini dayandırıb. Sentyabrın 17-də konsulluğun yerləşdiyi binadan Almaniyanın bayrağı, gerbi və digər simvollar götürülüb.
Qeyd edək ki, Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu 1972-ci ildən fəaliyyət göstərirdi.
Konsulluqla yanaşı, onun nəzdində fəaliyyət göstərən alman məktəbi də bağlanıb. Təhsil ocağında son dərslər sentyabrın 11-də keçirilib. 2009-cu ildən fəaliyyət göstərən məktəbdə təxminən 150 uşaq təhsil alırdı
Mənbə
axar.az