Mədəniyyət
Avtomobillə vurulan Xalq artisti Şükufə Yusupovadan xəbər var
Xalq artisti Şükufə Yusupovanın stasionar müalicəsi yekunlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) verilib. "Avqustun 25-də Yeni Klinikaya hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsə (qadın) zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb. Pasiyent sentyabrın 16-da ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib. Xatırladaq ki, Xalq artisti avqustun 21-də qəzaya düşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Mənbə
oxu.az