İdman
Avropa Liqasında böyük futbol gecəsi: "Beşiktaş", "Yuventus" və "Kristal Pelas" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Oxu.Az xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya) "Bornmut"la (İngiltərə), "Yuventus" (İtaliya) NEK (Niderland) klubu ilə, "Kristal Pelas" (İngiltərə) isə "Lex" (Polşa) ilə üz-üzə gələcək. 17 sentyabr UEFA Avropa Liqası I tur Saat 20:45, "Levski" (Bolqarıstan) - "Zalsburq" (Avstriya); Saat 20:45, OFİ (Yunanıstan) - "Hoffenhaym" (Almaniya); Saat 23:00, "Beşiktaş" (Türkiyə) - "Marsel" (Fransa); Saat 23:00, "Seltik" (Şotlandiya) - "Ferentsvaroş" (Macarıstan); Saat 23:00, "Kristal Pelas" (İngiltərə) - "Lex" (Polşa); Saat 23:00, "Yuventus" (İtaliya) - NEK (Niderland); Saat 23:00, "Lillestrom" (Norveç) - "Yunian Torrense" (Portuqaliya); Saat 23:00, "Viktoriya Plzen" (Çexiya) - "Union Sent-Jilluaz" (Belçika); Saat 23:00, "Real Soseydad" (İspaniya) - "Bornmut" (İngiltərə).
Mənbə
oxu.az