Dünya

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

16 Sep 2026, 10:54 3 baxış
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildən etibarən Gürcüstanın Ukraynadakı səfiri, eyni zamanda, ölkəsinin GUAM-dakı daimi nümayəndəsi vəzifələrində çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər