Digər

Merzdən narazılıq rekord həddə çatdı

15 Sep 2026, 21:59 2 baxış
Merzdən narazılıq rekord həddə çatdı

Almaniyada keçirilən son sosioloji sorğunun nəticələrinə əsasən, sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası inamla liderliyə yüksəlib.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə RTL və NTV telekanallarının sifarişi ilə “Forsa” tədqiqat xidmətinin keçirdiyi rəy sorğusunun nəticələrində bildirilir.


Nəticələrə əsasən, AfD rəyi soruşulanların 27%-nin rəğbətini qazanıb. İkinci yerdə 20% dəstəklə Xristian-Demokrat və Xristian-Sosial İttifaqı (CDU/CSU) bloku qərarlaşıb. Üçüncü yeri reytinqi 18%-ə yüksələn “Yaşıllar” partiyası tutur. Solçular Partiyası və Almaniya Sosial-Demokrat Partiyasının (SPD) hər birinə isə respondentlərin 12%-i səs verməyə hazır olduğunu bildirib.


Eyni zamanda, ölkə vətəndaşlarının kansler Fridrix Merzin fəaliyyətindən narazılığı yeni rekord həddə çatıb. Hökumət rəhbərinin işini müsbət qiymətləndirənlərin nisbəti cəmi 10% təşkil edib ki, bu da “Forsa” tərəfindən indiyədək qeydə alınan ən aşağı göstəricidir. Respondentlərin 88%-i Mertsin fəaliyyətindən narazı olduğunu bildirib, qalanları isə qərar verməkdə çətinlik çəkib.


Sentyabrın 8-dən 14-dək keçirilən sorğuda 2 min 502 nəfər iştirak edib.

Mənbə axar.az

Oxşar Xəbərlər