İdman
"Sabah" "Şəfa"ya qalib gəldi - VİDEO
Misli Premyer Liqasının V turunda "Sabah" "Şəfa"ya qalib gəlib. Oxu.Az xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan matçda son ölkə çempionu 3:0 hesablı qələbə qazanıb. Qolları Patrik Mbina (25), Abdulax Xaybulaev (30) və Velko Simiç (69) vurublar. "Sabah" 12 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1:1), "Araz-Naxçıvan" - "Turan Tovuz" (2:2) və "Zirə" - "Qarabağ" (1:1) matçlarında qalib müəyyənləşməyib

Mənbə
oxu.az