Dünya

Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşdu – Xəsarət alanlar var - FOTO - VİDEO

14 Sep 2026, 17:28 3 baxış
Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşdu – Xəsarət alanlar var - FOTO - VİDEO
Niderlandın Ermelo şəhərində (Gelderland əyaləti) yerləşən dəmir yolu keçidində içərisində təxminən 150 nəfərin olduğu sərnişin qatarı yük maşını ilə toqquşub. Oxu.Az xəbər verir ki, bu barədə "Omroep Gelderland" telekanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində ən azı üç nəfərin - qatarın iki sərnişininin və yük maşını sürücüsünün xəsarət aldığı bildirilir. Sürücü xəstəxanaya yerləşdirilib. Qəza yerli vaxtla təqribən saat 10:00-da (Bakı vaxtı ilə 12:00 - red.) baş verib. Yük maşınının iri beton bloklar daşıdığı məlumdur. Sərnişinlər qatardan təxliyə ediliblər. Qəza səbəbindən Amersfort və Zvolle şəhərləri arasında qatarların hərəkəti ən azı günün sonunadək dayandırılıb. Qəzanın başvermə səbəbləri hələlik müəyyən edilməyib.
{{gallery}}
Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşdu – Xəsarət alanlar var - FOTO - VİDEO Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşdu – Xəsarət alanlar var - FOTO - VİDEO Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşdu – Xəsarət alanlar var - FOTO - VİDEO Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşdu – Xəsarət alanlar var - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər