Cəmiyyət

Ağcabədidə çoxillik tut bağı yanır - Foto

14 Sep 2026, 15:05 6 baxış
Ağcabədidə çoxillik tut bağı yanır - Foto

Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.


Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.


Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər