Cəmiyyət

Nazir bu il üzrə təhsil alanların sayını açıqladı

14 Sep 2026, 15:24 20 baxış
Nazir bu il üzrə təhsil alanların sayını açıqladı

Yeni tədris ilində Azərbaycanda 2,2 milyon nəfər təhsil alacaq.


Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.


Nazir bildirib ki, onlardan 1,6 milyon nəfər ümumi təhsil, 260 min nəfər ali təhsil, 226 min nəfər isə məktəbəqədər təhsil üzrə təhsil alacaq.


Emin Əmrullayev qeyd edib ki, bu il 124 min şagird birinci sinfə qəbul olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər