Cəmiyyət

Xətai rayonunda kanalizasiya xəttində problem niyə yaranıb? - Açıqlama - VİDEO

14 Sep 2026, 13:08 6 baxış
Xətai rayonunda kanalizasiya xəttində problem niyə yaranıb? - Açıqlama - VİDEO
Bakının Xətai rayonunda, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığındakı kanalizasiya xəttində yaranan problem aradan qaldırılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən açıqlama verilib. "Sözügedən ünvanda tullantı su xəttində tutulma ötən gün aradan qaldırılıb. Xəttin fəaliyyəti bərpa edilib. Şəbəkənin tutulmasına vətəndaşların xətlərə məişət tullantılarını atmaları səbəb olur. Sakinlərdən xahiş olunur ki, kanalizasiya xətlərinə tullantı suyundən kənar əşyalar məişət tullantıları (salfet və s.) atmasınlar", - deyə məlumatda bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər