Dünya

Pakistanda kömür mədənində partlayış: Ölənlər var - VİDEO

14 Sep 2026, 13:14 20 baxış
Pakistanda kömür mədənində partlayış: Ölənlər var - VİDEO
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Hərnay şəhərində kömür mədənində qaz partlayışı qeydə alınıb. Hadisə nəticəsində dörd mədənçi həyatını itirib, daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Nation" nəşri yayıb.

Mənbənin məlumatına əsasən, partlayışdan dərhal sonra beş fəhlə yeraltı kütlənin altında köməksiz vəziyyətdə qalıb. Həmin şəxslər Pakistan hərbçilərinin həyata keçirdiyi əməliyyat nəticəsində xilas edilərək çıxarılıb. Hadisə zamanı xəsarət alan şəxslər Kvetta şəhərində yerləşən tibb müəssisələrinə təxliyə olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər