Cəmiyyət

Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı

14 Sep 2026, 12:32 8 baxış
Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı
Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (VK) məlumat yayıb. Qeyd olunub ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur. Qaydalara əsasən elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki "Vəkilliyə qəbul" bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən "Namizəd qeydiyyatı"na keçid etməlidirlər. Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.
Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı
Mənbə oxu.az

Oxşar Xəbərlər